azərbaycanca

Паралимпизм

Bəhmən Rezayi: Azərbaycanı öz vətənim kimi qəbul edirəm

03.08.2016 17:30

Son vaxtlar ölkəmizdə toplanış keçən müxtəlif idman növləri üzrə əcnəbi komandaların sayı artıb. İdman infrastrukturunun güclənməsi xaricilərin diqqətini cəlb edir. Bu komandalar sırasında İranın paralimpiyaçı atletlərdən ibarət yığması da var. Hazırda Bakı Olimpiya stadionunda hazırlıq keçən komandanın baş məşqçisi Bəhmən Rezayi azerisport.az saytının suallarını cavablandırdı:

- 12 günlük təlim-məşq toplanışı keçmək üçün Bakıya gəlmişik. 25 nəfərlik heyətlə burda hazırlıq keçirik. Bu idmançılar İranı Paralimpiya Oyunlarında təmsil edəcək. Azərbaycandakı hava şəraiti Braziliyanın iqlimiylə oxşarlıq təşkil edir. Hər iki ölkədə tez-tez hava dəyişir. Gah isti, gah soyuq olur. Ona görə bura gəlmişik ki, atletlərimiz müəyyən qədər Rionun iqliminə Bakıda alışsın.

- Komanda kimi Azərbaycana birinci dəfə gəlirsiniz?
- Bir dəfə də burda toplanış keçmişik. Ancaq birinci gəlişimizdə heyət bu qədər geniş deyildi. Onda Olimpiya stadionunda toplanış keçməmişdik. Həmin vaxt Azərbaycan Paralimpiya Komitəsiylə (APK) bu toplanışın vaxtını və məkanını da müzakirə edib razılaşdırdıq. Bu işdə bizə kömək etdiyi üçün APK-yə minnətdarlığımı bildirirəm. Bizə çox yaxşı şərait yaratdılar. Yaxşı toplanış keçirik. İnşallah, həm bizim, həm də sizing paralimpiyaçılarınız Rio-2016-da yaxşı nəticələr qazanarlar.

- Olimpiya stadionunun əsas meydanından və qaçış zolağından istifadə etmirsiniz?
- Yox, bizə 2-ci meydanı veriblər. Burda həm qaçışla məşğul olan atletlər, həm də nizə və çəkic atan idmançılarımız hazırlıq keçir. Əvvəldən danışığımız belə olmuşdu. Burda məşq edəcəyimizi öncədən razılaşdırmışdıq.

- Burdakı şərait dünya standartlarına cavab verir?
- Əlbəttə. Belə olmasaydı, bura gəlməzdik. Əvvəlcə bura baxış keçirmişdik. Tələblərimizə cavab verdiyi üçün Olimpiya stadionunda hazırlıq keçirik.

- Sirr deyilsə, burda toplanış keçmək sizə nə qədər pula başa gəlib?
- Hər iki ölkənin paralimpiya komitələri arasında razılaşma olub. Maliyyə məsələsiylə bağlı məlumatım yoxdur.

- Burda sizə münasibət necədir?
- Çox yaxşı. Bizim üçün avtobus ayrılıb. Həmin minik vasitəsi bizi oteldən stadiona aparıb-gətirir. Gündüzlər burda hazırlıq keçirik. Nahardan sonra isə Sumqayıtdakı paralimpiya bazasında fitneslə məşğul oluruq və hovuzda üzürük.

- Daha öncə Bakıda olmusunuz?
- Mən cənubi Azərbaycanın Təbriz şəhərindənəm. Ona görə buranı öz vətənim kimi qəbul edirəm. Bura çox gedib-gəlmişəm. Yığmanın burda toplanış keçməsini mən təklif etmişdim. Bu mənim atletika millimizin baş məşqçisi kimi 8-ci Paralimpiadam olacaq. 32 ildi ki, İranın paralimpiyaçılardan ibarət atletika millisini çalışdırıram.

- Rio-2016-da hədəfləriniz nə olacaq?
- London-2012-də 5 qızıl, 5 gümüş və 3 bürünc medal qazanmışdıq. Həmin Paralimpiadada 18 atletlə təmsil olunmuşduqsa, bu dəfə 25 idmançıyla iştirak edəcəyik. Ona görə də əvvəlkindən çox medal qazanacağımıza ümid edirik.

- Bundan sonrakı plan necədi?
- Bakı toplanışından qayıtdıqdan sonra komandaya 3 gün istirahət veriləcək. Daha sonra Dubayda Rio-2016-nın startına qədər son toplanışımızı keçəcəyik.

Просмотрено:905
вернуться в раздел
полная версия сайта