azərbaycanca

Гимнастика

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

21.09.2016 14:40

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur. Azerisport.az xəbər verir ki, 31 gimnastın iştirakı ilə keçiriləcək yarışlar 1 oktyabr tarixində Heydər Əliyev adına İdman-Konsert  Kompleksində baş tutacaq.

Ölkəmizdə 2013-cü ilin sonlarından inkişaf edən aerobika gimnastikası üzrə çempionatda “Ocaq Sport” Klubunun nümayəndələri medallar uğrunda mübarizə aparacaqlar.

İdmançılar fərdi kişi (gənclər - 15-17 yaş, böyüklər 18 yaş və daha böyük), fərdi qadın (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş, gənclər - 15-17 yaş)  və qadın üçlüyü (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş) proqramları üzrə öz çıxışlarını nümayiş etdirəcəklər.

Yarışları Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında canlı yayım vasitəsilə izləmək mümkün olacaq.

Просмотрено:523
вернуться в раздел
полная версия сайта