azərbaycanca

Олимпизм

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

18.11.2016 00:30

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib. Azerisport.az xəbər verir ki, onların arasında Azərbaycan təmsilçilərindən də iki nəfər var.

Ağırlıqqaldırma üzrə yarışlarda qüvvəsini sınamış Nizami Paşayevin nəticəsinin ləğv olunduğu daha öncədən bəlli idi. Bu dəfə isə yünan-roma güləşi üzrə yarışlarda 60 kq çəki dərəcəsində gümüş medal qazanmış Vitali Rəhimovun nəticəsi ləğv olunub. O, medalından məhrum edilib.

Qeyd edək ki, BOK bütövlükdə 16 idmançını cəzalandırıb.

Просмотрено:650
вернуться в раздел
полная версия сайта