azərbaycanca

Шахматы

Bakı Şahmat Olimpiadasında son tur

13.09.2016 13:30

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, sentyabrın 13-də kişilərdən ibarət əsas millimiz Türkmənistanla qarşılaşacaq. İkinci komandamız Boliviyanı, üçüncü yığmamız isə Albaniyanı sınağa çəkəcək

İddialılardan ABŞ Kanada ilə, Ukrayna Sloveniya ilə, Rusiya İtaliya ilə, Norveç Hindistanla, İngiltərə Peru ilə, Çin Vyetnam ilə qarşılaşacaq.

Qadınlardan ibarət əsas yığmamızın son rəqibi Malayziya olacaq. İkinci komandamız İranla, üçüncü millimiz isə Makedoniya ilə görüşəcək.

Favoritlərdən Çin Rusiyayla, Polşa Macarıstanla, Ukrayna Bolqarıstanla, Hindistan ABŞ-la, Gürcüstan Avstriya ilə üz-üzə gələcək.

Просмотрено:583
вернуться в раздел
полная версия сайта