azərbaycanca

Шахматы

Baku Openin ilk qalibləri məlum oldu

12.09.2016 23:00

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, 111 iştirakçının mübarizə apardığı yarışda Raul Muxtarov, Leyla Budaqova, Alperen Kanlı, Nərmin Nəsibova, Mətin Mürsəlli və Səbinə Rzalı 8, 10 və 12 yaşlılar arasında 1-ci yeri tutub.

Bakı Kristal Zalında təşkil olunan turnirin qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Просмотрено:600
вернуться в раздел
полная версия сайта