azərbaycanca

Бокс

Zamiq Atakişiyevdən ikinci qələbə

27.08.2016 18:00

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib. Azerisport.az xəbər verir ki, 30 yaşlı idmançı peşəkar rinqdə ikinci döyüşünə çıxıb.

Təmsilçimiz Moskvada keçirilən görüşdə Belarus idmançısı Viktor Çvarkovla qarşılaşıb. Boksçumuz ağır çəki dərəcəsində altı raunddan ibarət keçən döyüşdə rəqibi üzərində qələbə qazanıb. Bu, onun peşəkar rinqdə ikinci nailiyyəti olub.

Qeyd edək ki, Zamiq iyulun 31-də keçirdiyi peşəkar rinqdəki ilk döyüşündə rusiyalı Vladimir Qonçarovu nokautla məğlub etmişdi.

Просмотрено:1104
вернуться в раздел
полная версия сайта