Фоторепортаж|Видео|Azərbaycanca

Спортсмен месяца

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

12 января 2017 18:10
Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
2016-cı ilin sonunda “Əməkdar məşqçi” fəxri adı aldınız. Təbrik edirik. Deyəsən, xoş sürpriz oldu?
Açığı, gözləmirdim. Amma xəbəri eşidəndə çox sevindim. Əməyimizin qarşılığının dövlətimiz tərəfindən verilməsi mənim üçün xüsusi hadisədir.
Artıq tarixin bir səhifəsinə çevrilən 2016-cı il yaddaşınızda daha nə ilə qalacaq?
İlin heç də xoş xatirələrlə zəngin keçdiyini deyə bilmərəm. Amma fəxri adla təltif edilməyimiz yaşadığımız çətinlikləri bir qədər unutdura bildi.
Karyeranızı heç vərəqləyirsinizmi?
Təbii ki, hərdən ötən günləri xatırlayıram. Futbol oynamağa 1980-ci ildə başladım və “Spartak” stadionunun daimi üzvünə çevrilmişdim. “Bakinka” komandasında çıxış edirdim. Kifayət qədər güclü heyətimiz var idi. Təsadüfi deyil ki, 1981-ci ildə SSRİ çempionatının bürünc medalını qazandıq. İlləri ardıcıllıqla xatırlamağa ehtiyac duymuram. Əsas yadda qalan məqam isə 2006-cı ildə “Kömrükçü” komandası ilə Çempionlar Liqasının 1/4 finalına yüksəlməyimiz oldu. Eyni zamanda, qadınlardan ibarət milliyə dəvət aldım, kapitan sarğısını da daşıdım, sona yaxın isə oynayan-məşqçi kimi kömək etdim.
SSRİ dövründə də futbol oynamısınız, müstəqillik illərində də. Futbola maraq necə idi, müqayisə apara bilərsinizmi?
SSRİ dövründə qızları futbola cəlb etmək çox çətin idi. Ailələri buraxmırdı, buna görə də komandalar əziyyət çəkirdi. Bir neçə il əvvələ qədər də eyni mənzərə hakim idi. Amma son illərdə görülən işlərin, aparılan təbliğatın effekt verdiyini çəkinmədən deyə bilərəm. Artıq valideynlər uşaqlarını futbolla məşğul olmaqdan çəkindiməyə cəhd etmirlər, əksinə, kömək etməyə çalışırlar.
Futbolçu olmaq üçün siz hansı maneələri dəf etmisiz?
Bəxtim onda gətirib ki, idmançı ailəsində göz açmışam. Atam SSRİ-nin əməkdar məşqçisidir. Anam da idman ailəsinin üzvüdür. Qardaşım futbolçu olub, hazırda məşqçi kimi fəaliyyət göstərir. Yəni ailədə əksəriyyət futbola bağlı olub. Buna görə də mənim futbolçu olmağıma kimsə qırmızı işıq yandırmayıb, yolum rahat olub. Düzdür, ictimai qınaq var idi. Bəzən rəfiqəmə deyəndə ki, gedək futbol oynayaq, qəribə qarşılayırdı.
Çox vaxt ailələr futbolun “kişi işi” olduğunu deyib, qızlarının futbol oynamasına əngəl yaradırlar. Görülən işlər bu stereotipi dağıda bilibmi?
Hazırda U-13 liqasında çıxış edən qızlardan ibarət komandamız var. Çətinliklər tam aradan qalxmayıb. Bəziləri deyir qızımızın ayağı əri, kobud olacaq, dərslərindən yayınacaq və s. Valideynlərlə mütəmadi söhbət edirik, bəzən onlarla mübahisə etməkdən də çəkinmirik. Çalışırıq ki, qızları bu sahədən yayındırmasınlar. Görüləsi işlər çoxdur.
Ölkəmizdə qadın futboluna yaradılan şərait, görülən işlər və perspektivlər nə vəd edir?
Yaradılan şərait, görülən işlər haqda xöş sözlər demək olar. Federasiya da dəstəyini əsirgəmir, istəyirlər qadın futbolu inkişaf etsin. Qadın futbolunda böyük perspektiv var. Əsas odur ki, valideynlər bu sahənin inkişafı üçün səylərini əsirgəməsinlər. İdman həm də sağlamlıqdır.
Artıq məktəblərdə futbol dərsləri də təsdris olunur. Layihə məktəblilərin bu sahəyə axınına kömək edirmi?
2009-cu ildən məktəblərdə layihələr başlandı. İlk vaxtlar şagirdlərə deyəndə ki, sabah futbol oynayacağıq, qızlar üzümüzə baxıb, sual verirdilər ki, nə futbol?! Əksəriyyəti heç dərsə gəlmirdi, idman geyinləri gətirmirdilər. Amma bu gün özləri deyirlər ki, futbol oynayaq. Bu layihə sayəsində futbolun inkişafı üçün təməl qoyuldu, kütləvilik artdı.
Seleksiya vaxtı necə, təəccübləndiyiniz və təəssüfləndiyiniz məqamlar olurmu?
2012-ci ildə ölkəmizdə keçirilən dünya çempionatı ilə əlaqədar seleksiya işlərinə cəlb edildik. Rayonlarda qızların futbol bacarığını yoxlayan zaman fərqli suallar eşidir, münasibət görürdük. Buna təəssüflənirdim, amma DÇ-yə görə komandanı mütləq formalaşdırmaq lazım idi. Çətinliklərə dözürdük ki, təki işimiz uğurla yekunlaşsın. Halbuki həmin uşaqların arasında bu gün istedadı ilə seçilən qızlar da vardı. Həmin qızların bir neçəsi xarici klublara keçdi.
Valideyinlər necə, oyunlara gəlirlərmi?
İndi maraq artıb. Hətta məşqlərimizi də izləməyə çalışırlar. Sayları az olsa da, maraq yaranıb. Bəzən valideyn özü gəlib, xahiş edir ki, qızımız məşqlərə qoşulsun.
DÇ-2012-nin ölkəmizdə qadın futboluna marağın yaranmasına təsirinin izləri hiss olunurmu?
Əsas axın bu yarışdan sonra başladı. Sanki SSRİ dövründəki qadın futbolu yaddan çıxdı, yeni səhifə açıldı. Əvvəllər cəmi 3-4 komanda var idi, amma bu gün 4 liqa təşkil edilir və komandaların sayı kifayət qədərdir.
Kütləvilik artıb, qızların futbolçu kimi potensialı nə vəd edir?
Çoxluq arasından seçim etmək daha rahatdır. Kütləvilik artıb, keyfiyyəti də yüksəlməyə çalışırıq. Bu, klub məşqçilərinin görəcəyi işdir. Yenə deyirəm, çox çalışmaq və səbrli olmaq lazımdır. Amma perspektivli futbolçularımız az deyil.
Liqaları izləyirsinizmi?
U-13 liqasında komandam iştirak edir. Boş vaxtım olanda digər liqaların oyunlarını izləyirəm. Yəni ömrümüzü bu sahəyə həsr etmişik, başqa cür mümkün deyil.
Əsas millinin bir neçə üzvü xarici klublarda çıxış edir. Onlarla əlaqə saxlayırsınızmı?
Əlbəttə, yaş fərqimizin çox olmasına baxmayaraq, rəfiqəyik. Bir-birimizi dinləyir, ehtiyac yaranarsa, məsləhətləşirik. İndi elə dövrdür ki, ailə, ev üçün darıxmaq vaxtı deyil. İnternetlə hər gün əlaqə saxlamaq mümkündür. Əksinə, bu imkandan, fürsətdən maksimum istifadə etmək, uğurlu karyera qurmaq, daha güclü kluba keçmək lazımdır.
Hazırkı futbolçulardan hansı sizin oyun üslubunuzu xatırladır?
Əminə Heydərova. O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim. Oynadığı dövrdə mütəmadi ünsiyyətdə olurduq. Bildiyimizdən, təcrübəmizin qazandırdığından tövsiyələrimizi verirdik.
Məşqçilik kurslarına qatılırsınızmı?
B kateqoriyalı məşqçi lisenziyasına sahibəm. AFFA-nın xətti ilə ölkə xaricində təşkil edilən bir neçə seminara qatılmışam. Razıyam ki, bu sahədə çalışırıqsa, mütəmədi yeniliklərlə tanış olmalı, üzərimizdə işləməliyik.
AFFA
Просмотрено: 4917
Голосование

Как завершится матч 3-го тура группы C Лиги чемпионов между «Карабахом» и «Атлетико» в Баку?

Результаты

Всего голосов: 207
TPL
КомандаИВНПМО
Карабах761014-319
Зире853015-518
Габала851211-816
Сумгайыт83148-1110
Интер82247-118
Нефтчи82159-97
Сабаил72054-126
Кяпаз81165-124
ЧМ-2018. Отбор. Группа C
КомандаИВНПМО
Германия10100043-430
С. Ирландия1061317-619
Чехия1043317-1015
Норвегия1041517-1613
Азербайджан1031610-1910
Сан-Марино1000102-510
Лига чемпионов. Группа С
КомандаИВНПМО
Челси22008-16
Рома21102-14
Атлетико20111-21
Карабах20021-80
Top-10 (за 4 дня)
17 октября15:05 «Не знаю, как мне удалось за короткое время завоевать уважение фанатов Нефтчи»14:36 Мирзоев сыграет в Санкт-Петербурге14:11 Гара Гараев: Хочу перебраться в зарубежный чемпионат13:57 Гурбан ГУРБАНОВ: Атлетико намного выше Карабаха по уровню13:31 Эдди Исрафилов: Если раньше и можно было ожидать разгрома в таких матчах, то теперь это не так13:14 Олимпийский стадион готов к матчу Карабах - Атлетико 12:52 Джаббаров будет четвертым арбитром матча Карабах - Атлетико12:34 «В сборной Азербайджана все принимали запрещенные препараты»12:10 «Роман Григорчук – лучший выбор для сборной»11:52 Хавбек Атлетико: Должны адаптироваться к смене часового пояса, чтобы провести хороший матч в Баку11:34 Рауф АЛИЕВ: Просинечки каждый раз находил какой-то повод не вызывать меня11:10 Заур Ахундов поставил запрет своим игрокам10:43 У Карабаха мало шансов на победу над Атлетико10:11 Азербайджанский ветеран выиграл чемпионат мира09:52 Мамедов будет директором на матче ЦСКА - Базель00:45 Капитан Одлар Юрду: Хочу поблагодарить ребят за терпение и самоотдачу00:42 20 очков Мамедовой не помогли казанскому Динамо выиграть Суперкубок00:28 Магеррамова стала шестой в Албании00:24 Ширванские дзюдоисты победили в родных стенах00:19 Бессмысленное явление, или Как улучшить первый дивизион00:13 Французский вингер может перебраться в Азербайджан00:09 Алиев помогает Кукеси победить, забив еще один гол 00:00 Еврокубковый дубль Одлар Юрду 16 октября22:17 Атлетико прибыл в Баку21:28 Азербайджан узнал всех соперников на ЧМ21:12 Азербайджан завершил отборочный этап ЕВРО победой над Болгарией 19:45 Главврач сборных Азербайджана зачитал доклад19:07 7 очков Гамзаева не спасли Кремень18:36 Рауф Алиев вновь забил за Кукеси18:19 Сначала Гурбанов, потом Симеоне17:48 Гар-Лок - лидер, Туран Товуз потерял очки17:32 Новым главным тренером сборной Азербайджана должен стать Роман Григорчук17:16 Азербайджан заявил 15 дзюдоистов на молодежное первенство мира17:00 Азербайджан узнал время игр с Францией и Испанией16:36 Исрафилов поучаствовал в разгроме своей бывшей команды16:25 Рауф Алиев: Тренер клуба знает, что я впервые играю в качестве легионера, и поэтому поддерживает меня16:06 Симеоне привезет 20 игроков на матч с Карабахом15:49 Милинко ПАНТИЧ: Продержись Бакы еще 2-3 года, то сейчас был бы на одном уровне с Карабахом15:43 Лучшая победа сезона от Нефтчи15:12 Карабах откроет парковку у Олимпийского стадиона перед игрой с Атлетико 
Baku 2020
Qarabağ FK
azerisport reklam yeri
Neftchi