Фоторепортаж|Видео|Azərbaycanca

Спортсмен месяца

Mütəmadi oynamaq üçün 6 min kilometr uzaqdakı Bakıya

21 декабря 2016 16:20

“Made In” “Maisfutebal”ın daimi rubrikasıdır. Azerisport.az xəbər verir ki, burada portuqaliyalı oyunçu və məşqçilərin xaricdəki fəaliyyətindən danışılır. Portuqaliyalılar dünyanın hər tərəfində çıxış edir. Burada onlar öz təcrübələrini bölüşür.

Bu, mərdliyin, cəsarətin və qətiyyətin hekayəsidir. 24 yaşlı Migel Lorenso yetirməsi olduğu “Vitoriya Setubal”ın əsas komandasında əvəzedici olmaqdan bezərək, həyatında yeni istiqamət açmaq qərarına gəlir. O, öz menecerinə bütün təkliflərə açıq, o cümlədən xaricdə oynamağa hazır olduğunu deyir. Elə bu anda Azərbaycandan gözlənilməz təklif gəlir. Gənc müdafiəçi bu keçmiş sovet respublikasının harada yerləşdiyini bilməsə də, təklifi qəbul edir. Nəticədə o, ailəsinin qonşusu ilə müharibə şəraitində olan bu müsəlman ölkəsinə inamsızlığına rəğmən, Bakıya yollanır.

Lorensonun həyatındakı yeni istiqamət ötən mövsümün sonunda formalaşmağa başlayıb. 14 yaşından etibarən 10 il “Vitoriya”da çıxış etmiş Lorenso Frederik Venansio, Rikardu Ortu və Pedro Santos kimi futbolçularla eyni komandada yer alıb. Amma o, hər zaman məşqçi üçün ikinci dərəcəli futbolçu olub. Ötən mövsümdə cəmi 13 oyunda meydana çıxan futbolçu onlardan yalnız 6-da 90 dəqiqə oynayıb. Bu, dostu Frederiko Venansianın uğurlarını təkraralamaq, inkişaf etmək istəyən gənc üçün əlbəttə ki, çox az idi.

Hazırda Azərbaycan paytaxtında yaşayan gənc futbolçu deyir: “Ötən mövsüm bir arada yaxşı oynadığımı, əla formada olduğunu hiss etdim. O anda artıq mütəmadi olaraq heyətə düşəcəyimi düşündüm. Amma belə olmadı.”

Doğrudur, “Vitoriya Setubal”ın baş məşqçisi Kim Maçado mövsümün sonunda komandadan ayrılıb. Amma Lorenso artıq yorulmuşdu. “Ötən mövsümü başa vurduq. Amma 24 yaşımda bu il də eyni rolda çıxış edə bilməzdim. Odur ki, həyatımda ilk dəfə ölkədən çıxaraq risk etmək qərarına gəldim”, - deyə Lorenso bildirir.

Migel Lorenso əsas heyətdə yer almaq, daim futbol oynamaq istəyirdi.

“Ailəsi onu saxlamağa çalışırdı”

Transfer pəncərəsi menecerin qeyri-adi təklifi ilə açılır. “Azərbaycan? O haradır?”. Migel Lorensonun təklifə ilk reaksiyası belə olur. O, dərhal noutbukun arxasına keçərək uzaq Bakı haqda oxumağa başlayır: “İlk işim Bakının harada yerləşdiyi, mədəniyyəti, mətbəxi haqda nələrisə öyrənmək oldu. Çünki Azərbaycan haqqında heç nə bilmirdim. Anlayırdım ki, oradakı çempionat xeyli fərqlidir. Amma ən əsası, mən getmək istəyirdim. “Zirə” elə etdi ki, təklifi qəbul edərək Bakıya yollandım. Burada məni, gördüyüm işi qiymətləndirirlər. Bu, mənim üçün çox vacibdir”.

Beləliklə, futbolçu “Vitoriya Setubal” və ailəsi ilə müzakirələrə başlayır. Lorensonun valideynləri də Bakı ilə maraqlanır, Azərbaycanın müsəlman ölkəsi olduğunu, daimi münaqişələrdən əziyyət çəkən regionlara yaxın yerləşdiyini öyrənir.

Azərbaycan şimaldan Rusiya, qərbdən Gürcüstan və Ermənistan, cənubdan isə İranla həmsərhəddir. Amma bir həqiqət də var ki, o, Türkiyə, Suriya və İraq kimi İŞİD-in mütəmadi hücumlarından əziyyət çəkən ölkələrdən çox da uzaq deyil. “Məni dünyanın bir çox problemləri olan hissəsində yerləşən naməlum ölkəyə getməməm üçün dilə tuturdular. Amma sonda menecerimə inandılar. Əgər bu təklif mənim üçün yaxşı olmasaydı, o, bunu etməzdi. Hər bir halda, lap başda buraya gəlmək qərarını vermək çətin idi”, - deyə futbolçu xatırlayır.

Migel Lorenso əmin deyildi. Müdafiəçi sevgilisini də özü ilə yeni macəralar ardınca aparmaq istəyirdi. Amma o, sərt şəriət qaydalarına da tabe olmaq istəmirdi. “Bu mənim qarşımda duran ən böyük problemlərdən biri idi. Amma Bakıya gəldikdə gördüm ki, bu, əsl Avropa şəhəridir, burada qadınlar azaddır. Onlar istədiyi kimi yaşayır, istədiyi geyimi geyir. Bu mənada heç bir məhdudiyyət yoxdur. Bu, məni xeyli sakitləşdirdi. Çünki müqaviləm sevgilimin, anamın məndən uzaqda qalmasına səbəb olamamalı idi”, - deyə futbolçu bildirir.

Artıq qərar verilmişdi. Lakin Lorenso hələ də şübhələr içərisində idi. 9 saatdan çox çəkəcək uçuşla 6 min kilometr məsafəni qət etmək, Asiya ilə sərhədə, Xəzərin sahilinə yollanmaq lazım idi. Futbolçu o anları belə xatırlayır: “Buraya gəlişimdə ilk hiss etdiyim güclü isti oldu. Səhər saat  5-də artıq havanın hərarəti 30 dərəcədən artıq idi. Çox təəccübləndim. Bakı kifayət qədər inkişaf etmiş, dinamik şəhər imiş. Burada çoxlu yeni, hündür, üzəri güzgülü binalar tikilir”.

Əslində Bakı qədim tarixi olan, amma eyni zamanda müasir şəhərdir. Bu şəhərin adına tarixi mənbələrdə ilk dəfə VI əsrdə rast gəlinir – İran İmperiyasının bir hissəsi kimi. Hətta Bakı şəhərinin adının mənası da fars dilində izah olunur və “Küləklər şəhəri” mənasını verir. “Bəli, bu belədir. Küləyin təsirindən mobil telefonum əlimdən düşüb. Eyni səbəbdən yıxılan insanlar da görmüşəm. Bura həqiqətən çox küləklidir”, - deyə Lorenso qeyd edir.

Bu şəhər, həmçinin bütünlükdə region XIX əsrin sonunda neft dövrünün başlaması ilə əhəmiyyətini xeyli artırıb. İkinci Dünya müharibəsində də Bakı məhz neft amilinə görə Adolf Hitlerin tanklarının hədəfində olub: “Bəli, bura çox varlı ölkədir. Bu, şəhərdəki binlaradan, avtomobillərdən, insanların geyimindən məlum olur. Amma Bakıdan kənarda yoxsulluqla da rastlaşa bilərik”.

Migel Lorenso şəhərin prestijli hissəsindəki çoxmərtəbəli binada, 20 mərtəbəli binanın 18-ci mərtəbəsində yaşayır. Buradan şəhərə əla mənzərə açılır. “Belə bir mənzil Portuqaliyada mənə sıxıcı gələrdi. Amma neynəmək olar? Burada bunu tapıblar” deyən Lorenso Portuqaliyada Kinta-du-Kondedə, Teju və Sado arasında, çaya və dənizə yaxın yerdə yaşayırdı. Bakıda da o, Xəzər dənizinin sahilində yaşayır: “Mən uzun illər Setubalda yaşamışam və dəniz məni cəlb edib. Amma burada çimərliklər elə də çox deyil. Məncə rahat şəkildə gedə biləcəyiniz 2 və ya 3 çimərlik var. Çünki Xəzər çox çirkləndirilib. Çirklənmə o həddədir ki, burada Setubal və ya Sesimbradakı kimi təzə balıq tutmaq olmur. Burada yeganə yediyim balıq “Hard Rock Cafe”də yediyim qızıl balıq olub”.

Noyabrda Migelin sevgilisi və iti yanına gəldikdən sonra hər şey daha maraqlı hal alıb: “Ona mənə verdiyi dəstəyə, gücə görə minnətdaram. Onun üçün də asan deyil. Amma biz bir-birimizi bir çox məqamlarda dəstəkləyirik”.

Şəhərdə qısa gəzintindən sonra Lorensodan bizi çıxış etdiyi “Zirə” klubu ilə tanış etməsini istədik. Çünki 28 iyul 2014-cü ildə yaradılmış bu klub haqda çox az məlumatımız var idi. “Bu, yeni klubdur. Hazırda ilk addımlarını atır. Onun kiçik, 1300 azarkeş tutumlu, sintetik örtüklü stadionu var. Stadion Bakıdan 45 dəqiqəlik məsafədə yerləşir. Bunlar mənfi tərəflərdir. Amma burada mənə rahat məşq etmək və daim oynamaq imkanı yaradılıb. Bu, yaxşıdır. Buranın insanları məni çox yaxşı qəbul etdi, mənə isti münasibət göstərirlər. Buna görə onlara minnətdaram”, - deyə futbolçu bildirir.

Bəs bu yeni klubun azarkeşləri varmı? Lorenso deyir: “Onların sayı azdır. Amma əsas odur ki, tərəfdarlar çox səs-küylüdür. Onların sayı “Vitoriya Setubal” azarkeşlərinin sayından azdır. Amma söhbət fərqli klublardan gedir. “Vitoriya Setubal” Portuqaliyanın tarixidirsə, “Zirə” cəmi 3 ilin klubudur”.

Yeni klub ilkin sərmayə hesabına yüksəlişdədir. O, elə ilk mövsümdə ikinci diviziondan yüksək liqaya yüksəlib. Üstəlik yüksək liqada bombardir, hazırda Portuqaliyanın “Madeira” klubunda çıxış edən Nelson Bonilla (17 qol) kimi futbolçuların hesabına uğurlu çıxış edərək, “Qarabağ”ın ardından ikinci olub: “Amma klub Avropa Liqasına gedə bilmədi. Çünki UEFA-nın əsasnaməsinə görə, 3 yaşı tamam olmamış klub Avrokuboklarda çıxış edə bilməz. “Zirə” bu istəyini bu il reallaşdıra bilər”.

“Zirə” komandasının heyəti əsasən yerli futbolçulardan ibarətdir. Amma Migel Lorenso orada yeganə əcnəbi deyil: “Komandada 2 serb, 1 alban, paraqvaylı və uzun illərdir Azərbaycanda çıxış edən nigeriyalı futbolçu var. Komanda yoldaşlarıma görə bəxtim gətirib. Onlar super peşəkarlardır. Azərbaycanlı oyunçulara gəlincə, dil baryeri olduğundan onlarla ünsiyyətim sıx deyil. Amma biz daim zarafatlaşırıq. Artıq onların dilində bəzi sözləri öyrənmişəm və bu ünsiyyəti  rahatlaşdırır. Onlar hamısı çox yaxşı insanlardır. Azərbaycan dili rus və türk dillərinin qarışığıdır. Onu öyrənmək asan deyil. Amma çox çətin dil olsa da, artıq bəzi sözləri öyrənmişəm. “Salam”, “Necəsən?”, “Sağ ol”, “Şox sağ ol”... İstiqamətləri və bir sıra başqa sözləri də bilirəm. Bəzi söhbətlərisə sadəcə kontekstdən anlayıram”.

“Burada mənim adımın yazılış qaydası da dilimizdəki kimi Lourenço yox, Lorensodur. Çünki burada “ç” hərfi başqa səsi ifadə edir və məsələn “g” hərfindən sonra istifadə olunmur”, - deyə futbolçu bildirir.

“Made In” rubrikasının bütün qəhrəmanları kimi, Migel Lorenso da portuqaliyalı olduğu üçün Kriştianu Ronaldu haqqında suallardan qaça bilmir: “Bu, qaçılmazdır. Bütün həmkarlarım mənə bu barədə sual verir. Hər dəfə portuqaliyalı olduğumu dediyim zaman ilk eşitdiyim “Ronaldu” olur”.

“İlk dəfə hamı dua edəcək”

Həqiqət budur ki, top fırlanmağa başlayan kimi, milli mənsubiyyət və fərqlər unudulur. Migel Lorensonun başqa ölkədə olduğu yalnız fasilələrdə yadına düşür: “Mənim komandamda bu, hər oyun baş verir. Çətinə düşdükdə isə bir otağa girib dua edirəm. Çünki bəzən nələrisə düzəltməyə vaxt olmur. Odur ki, bu ənənəyə əməl etmək lazımdır”.

Lorenso bir sıra kəskin fərqlərdən də danışır: “Xüsusən hava çox isti olur. Onlar cırıq şalvardan bir az narahat olur, bəziləri şort geymir. Hətta 40 dərəcə isti olsa belə. Onlar hesab edir ki, kişi şalvar geyməlidir”.

Azərbaycan çempionatında 8 komanda çıxış edir. Amma oyunlar 4 dövrə keçirilir və nəticədə turnirdə 28 oyun günü var. Hazırda “Zirə” 6-cı yerdədir. Amma qarşıda hələ iki dövrə var. “Məqsədimiz Avropa Liqasına düşməkdir. Prinsipcə 4-cü yer bu məqsədə çatmaq üçün kifayət edir”, - deyə futbolçu bildirir.

Azərbaycan Premyer Liqasının əksər klubları Bakı ətrafında yerləşir. Lakin uzaqda olanlar da var: “Liqamızda 2 klub var ki, onlar paytaxtdan 4 saatlıq məsafədədir. Qalanları yaxınlıqdadır”.

Həqiqət ondan ibarətdir ki, Migel Lorenso Azərbaycanda məqsədlərinə çatır. İndi, o, sabit oyun təcrübəsinə malikdir. “Bu vaxtadək bütün oyunlarda (liqada 14 matç) meydanda olmuşam. Hesab edirəm ki, bu, mənim üçün çox yaxşıdır. İlk dəfədir ki, stabil olaraq əsas heyətə düşürəm. Buraya yaxşı uyğunlaşmışam, yaxşı oyunlar keçirmişik. Hələ ki, az da olsa çatışmazlıq hiss edirəm. Amma düşünürəm ki, 2017-ci ildə onlar da qaydaya düşəcək və bəxtim daha çox gətirəcək”, - deyə Lorenso qeyd edir.

Migel Lorenso “Zirə”nin heyətində son matçına ötən şənbə çıxıb (Sumqayıt  səfərində - 0:1). Çərşənbə günü o, yenidən meydanda olacaq. Bundan sonra isə ailəsilə birgə Milad bayramını qeyd etmək üçün Lissabona yollanacaq: “Hələ qarşıda 1 matçımız var. Hər şey yaxşı alınsa, ayın 22-də artıq Portuqaliyada olacağam. Azərbaycana bir də yanvarın 3-də dönəcəyəm”.

Bütün bunlarla yanaşı, Migel Lorensodan təzə xəbərlər də gələ bilər. Müdafiəçi “Vitoriya Setubal”a məxsusdur və “Zirə”də icarə əsasında oynayır. “Zirə” ilin sonunda məsələyə yenidən baxa bilər: “Hələ heç nə bilmirəm. Bu haqda heç kəslə heç nə danışmamışam. Bir illik icarə müqaviləm var və bütün hallarda mövsümü “Zirə”də tamamlayacağam. Amma əlbəttə, daha yaxşı nəsə gözləyirsinizsə, bu, hər zaman yaxşı haldır”. Bu “yaxşı hal” “Vitoriya Setubal” ilə də bağlı ola bilər. Lorenso Bakıya getdikdən sonra kluba mövsümün əvvəlində gəlmiş yeni baş məşqçi Joze Kouseyro ilə hələ heç nə danışmayıb: “Hər şey mümkündür. Görək necə olacaq”.

Aydındır ki, Lorenso köhnə klubu ilə əlaqəni tam kəsməyib və onunla yaxından maraqlanır: “Oyunlarını izləyirəm. Yaxşı komanda qurulub. Portuqaliya Kubokunda hər zaman favorit olan “Sportinq”ə məğlub olsalar da, rəqibə ciddi müqavimət göstərdilər”.

Bu aralar Migel Lorenso Kinta-du-Konde getmək, ailəsini görmək üçün günləri, saatları sayır: “İlk edəcəyim, valideynlərimi qucaqlamaq olacaq. Daha sonra əsil kofe içəcəyəm”. (worldmedia.az)

Просмотрено: 1967
Голосование

Как вы относитесь к тому, что финал Лиги Европы в 2019-м пройдет в Баку?

Результаты

Всего голосов: 424
TPL
КомандаИВНПМО
Карабах550012-315
Зире541011-413
Габала53118-510
Интер52126-67
Сумгайыт62136-107
Сабаил41033-63
Нефтчи50142-71
Кяпаз50143-101
ЧМ-2018. Отбор. Группа C
КомандаИВНПМО
Германия880035-224
С. Ирландия861116-219
Азербайджан83148-1210
Чехия823310-99
Норвегия82158-167
Сан-Марино80082-380
Лига чемпионов. Группа С
КомандаИВНПМО
Челси11006-03
Атлетико10100-01
Рома10100-01
Карабах10010-60
Top-10 (за 4 дня)
23 сентября13:02 «Выход Карабаха в групповой этап ЛЧ имеет вдвойне важное значение»12:42 Новруз Мамедов: Надо победить и покинуть позицию аутсайдера12:19 Найдич в компании Карлсена, Крамника и Ананда12:14 Первая «сухая» победа Азербайджана на ЕВРО за 10 лет11:49 Сабаил заявил румына11:30 Антон КАНИБОЛОЦКИЙ: Приложим все свои силы, дабы показать хорошую игру в матче с Ромой11:08 Нефтчи направляется в Габалу10:36 Четыре мяча Карабаха перед Ромой 10:06 Сначала Сабаил и Кяпаз, потом Зире и Интер08:44 Сербия против Голландии в матче лидеров в Гейгеле08:42 Болгария и Турция начинают Евро-2017 в Баку08:41 Грузия против Хорватии, Италия против Беларуси08:40 Азербайджан ждет результата матча Польши и Венгрии00:57 Полина РАГИМОВА: Только в третьей партии с Венгрией мы окончательно наладили свою игру00:37 Рагимова идет четвертой на ЕВРО00:22 Максимальный результат Азербайджана, Италии и Сербии00:16 Мамедов стал третьим на ЧМ00:07 Назаров сыграл, ЭА снова победил00:00 МИЧЕЛ: Черный список Гурбана Гурбанова? Я не знаю, что это такое22 сентября23:39 Азербайджан победно начал Евро-2017, Польша обыграла Германию22:09 Италия и Беларусь выиграли на старте ЕВРО22:06 Сербия и Голландия победили в Гейгеле21:57 Пятая победа Карабаха 21:22 Гурбан ГУРБАНОВ: Хорошая игра будет с Ромой. Они в последнее время забивают по 3-4 мяча21:05 Самир Абасов: За ошибки Мехти ответит20:59 Ксения Позняк: В первой партии мы не могли найти свою игру20:53 Карабах одержал победу над Сумгайытом20:38 Уверенный старт Азербайджана на ЕВРО 19:15 На матчи с Грузией вызван легионер из Украины18:36 Чернуха стала самой результативной в матче открытия Евро-201718:21 Надя Кодола: Мы довольны набранным очком в матче против России17:56 Россия обыграла на тай-бреке Украину в матче открытия Евро-201717:46 Турал Гумбатов назвал причину, из-за которой не играл за Победу17:12 Магомед МИРЗАБЕКОВ: Злых мыслей по отношению к Габале у меня нет16:47 Ди Франческо хочет сберечь серба на матч с Карабахом16:16 Асиф Мамедов: Хотя Нефтчи и идет внизу таблицы, это не означает, что он слаб15:48 Шахин Диниев: Кяпазу пора наверстывать упущенное15:20 Волейбольный праздник начинается15:05 Омар Момани: Народ Азербайджана приветствует финал Лиги Европы14:53 Азад Рагимов: Евроигры-2015 помогли завоевать 18 медалей в Рио
Baku 2020
Qarabağ FK
azerisport reklam yeri
Neftchi