Zaur Svanadze: Uşaqlar əzmkarlıq göstərdilər
21 декабря 2016 15:30
Ölkə Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Kəpəz"lə səfər qarşılaşmasında qolsuz bərabərliyə qalan "İnter"in baş məşqçisi Zaur Svanadze yarımfinala vəsiqə qazanmalarını şərh edib. Azerisport.az xəbər verir ki, gürcü mütəxəssis bunları söyləyib:
"Meydança acınacaqlı vəziyyətdə idi. Buna baxmayaraq, uşaqlar əzmkarlıq göstərdilər. Demək olar ki, rəqibə fərqlənmək üçün imkan vermədilər. Bircə top qapı dirəyindən döndü. Şadam ki, yarımfinala yüksəldik. İndi dincəlmək vaxtıdı. Sonra isə başladığımız işi həm Kubokda, həm də çempionatda davam etdirəcəyik".