Fırtınalar meydanı rekorda hazırlaşır (FOTO)
21 июля 2011 00:37
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu gün İsrail “Maccabi”si (Təl-Əviv) ilə qarşılaşacaq “Xəzər Lənkəran”ın ev oyunlarını keçirdiyi Lənkəran Şəhər stadionu rekorda hazırlaşır. Azerisport.az xəbər verir ki, arena rəhbərliyi bu oyun öncəsi stadionun tribunalarına əlavə 700 oturacaq yerləşdirməkdədi. Lakin bunun daha da artırılması da istisna deyil.
Maraq üçün qeyd edək ki, “Fırtınalar meydan”ı 15 minə yaxın azarkeş tutumuna malikdi.