Azad Rəhimov Masallıda vətəndaşlarla görüşəcək
12 oktyabr 2015 17:00
Gənclər və İdman naziri Azad Rəhimov oktyabrın 16-da Masallı rayonunda Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbul saat 11:00-da Masallı rayon Gənclər Mərkəzində (Masallı şəhər, Talışxanov küç 73) baş tutacaq.
Qəbula yazılmaq arzusunda olan vətəndaşlar 10-15 oktyabr tarixləri arası saat 9:00-dan 18:00-a qədər qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.