Bax ADBTIA-nın fəxri doktoru adına layiq görüldü
Bu gün Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax ilə görüş keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən akademiyanın rektoru Ağacan Əbiyev Tomas Baxın idman aləmində tanınmış şəxsiyyət olduğunu, ömrünün böyük bir hissəsini olimpiya hərəkatının təbliği və inkişafı işinə həsr etdiyini bildirib.
A.Əbiyev deyib ki, Olimpiya hərəkatının inkişafındakı xidmətləri nəzərə alınaraq elmi şuranın qərarına əsasən Bax akademiyanın fəxri doktoru adına layiq görülüb.Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, BOK-un keçmiş prezidenti Jak Roqq iştirak ediblər.
Nüfuzlu bir akademiyada fəxri doktor adına layiq görüldüyünə görə minnətdarlığını bildirən Tomas Bax Olimpiya Oyunlarının insanlara və bütövlükdə cəmiyyətə faydalarından danışıb.