Tumarxanova və Əhmədova AÇ-də mübarizəni erkən dayandırdı
24 iyun 2016 15:30
Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın dördüncü günündə 48, 55, 63 və 72 kq çəki dərəcəsində gənc qızlar mübarizəyə qoşulub.
Güləşçilərimiz 2 çəki dərəcəsində təmsil olunub. Lakin onların hər ikisi mübarizəni ilk mərhələdəcə dayandırmalı olub.
48 kq
1/8 final - Sona Tumarxanova - Annika Vendle (GER) 8:8*
55 kq
1/8 final - Şəbnəm Əhmədova - Viktoriya Vaulina (RUS) 0:8