Yeniyetmələrin Azərbaycan birinciliyində ikinci gün
26 may 2016 13:00
Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 69, 76, 85 və 100 kq, sərbəst güləş üzrə 42, 46 və 50 kq çəkidə 148 yeniyetmə pəhləvan yarışır.
Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb olunur.