Yaşar Doğunun xatirə turnirində ikinci gün 1 bürünc medal
7 fevral 2016 00:35
Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edən böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandanın üzvləri ikinci yarış gününü 1 bürünc medalla başa vurub.
125 kq çəki dərəcəsində mübarizə aparan Cəmaləddin Məhəmmədov yığma komandamıza növbəti medalı qazandıran idmançı olub.
Sərbəst güləşçilərimiz İstanbul turnirinin ilk yarış günündə isə 1 gümüş və 3 bürünc medal qazanıb.
Turnirin son günündə 65, 86 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulacaq. (AGF)