Turnir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət ediblər
25 iyul 2014 22:20
Güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsinin iştirakçıları iyulun 25-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Azerisport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və FİLA nümayəndələri, AGF rəsmiləri, idmançılar Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərmiş Ulu Öndərin xatirəsini ehtiramla anıb, onun abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Daha sonra nümayəndə heyəti abidə önündə xatirə şəkli çəkdiriblər. (AGF)