Kiçik yaşlı güləşçilərimiz Konyada 3 qızıl və 3 gümüş medal qazanıblar
23 aprel 2014 15:28
Türkiyənin Konya şəhərində kiçik yaşlı yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edən sərbəst güləş üzrə kiçik yaşlılardan ibarət yığma komandanın üzvləri 3 qızıl və 3 gümüş medal qazanıb.
Məşqçi Namiq Quliyev və yığma komandanın baş məsləhətçisi Saypulla Absaidovun rəhbərliyi altında turnirdə iştirak edən 6 güləşçimiz fəxri kürsüdə yer tutub. Ramiz Həsənov (38 kq), Nəsib Osmanov (66 kq) və Əhliman Quliyev (73 kq) bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına yiyələniblər. Əsgər Məmmədəliyev (38 kq), Hüseyn Hüseynzadə (59 kq) və Fərid Musayev (85 kq) isə yalnız final görüşündə uduzub və gümüş medal qazanıblar.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Bolqarıstan və Makedoniya güləşçiləri iştirak edib.

(AGF)