Kiçik yaşlı yeniyetmə güləşçilərimiz Konyada sınaqdan keçiriləcək
17 aprel 2014 12:33
19-24 aprel 2014-cü il tarixdə Türkiyənin Konya şəhərində kiçik yaşlı yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, sərbəst güləş üzrə kiçik yaşlılardan ibarət yığma komandanın üzvləri turnirdə iştirak edəcəklər.
Məşqçi Namiq Quliyev və yığma komandanın baş məsləhətçisi Saypulla Absaidovun rəhbərliyi altında Türkiyəyə 8 idmançımız yollanacaq. Turnirdə ölkəmizi Telman Əliyev, Əsgər Məmmədəliyev (hər ikisi 38 kq), Əşrəf Aşirov, Ramiz Həsənov (hər ikisi 42 kq), Simran Cəfərov (49 kq), Hüseyn Hüseynzadə (59 kq), Nəsib Osmanov (66 kq) və Əhliman Quliyev (73 kq) təmsil edəcək.

(AGF)