Zirvə atleti Azərbaycanı Avropa liderliyinə yüksəltdi!
Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilənağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan yığmasının və “Zirvə” Beynəlxalq İdman Klubunun bir üzvü – Anastasiya İbrahimli körpücük üzərinə çıxıb.
Qadın atletimiz uğurla çıxış edərək fəxri kürsüyə qalxıb. Anastasiya birdən qaldırma hərəkətində 103 kq nəticə ilə 6-cı olub. Təkanla qaldırma hərəkətində isə daha yaxşı edən İbrahimli 130 kq ilə 3-cü yeri tutub.
“Abşeron-Zirvə” atleti toplamda 233 kq (103+130) nəticə ilə yekun sıralamada 3-cü yeri tutaraq fəxri kürsüdə öz layiqli yerini tutub.
Əlavə edək ki, Anastasiyanın öz aktivinə yazdığı 2 – təkanla qaldırma və toplamda – medal Azərbaycan yığmasının ümumi medal sayını 9-a yüksəldib. Bu isə Avropa çempionatında çıxış edən bütün ölkələrdən daha çoxdur. Azərbaycan yığması 3 böyük – Valentin Xristov və Boyanka Kostova qızıl, Anastasiya İbrahimli bürünc, 9 kiçik – Xristov və Kostova 3, Əfqan Bayramov 1, Anastasiya İbrahimli 2 – əldə edib.