Zirvəçi atlet yeniyetmələrin dünya çempionu oldu!
Perunun paytaxtı Lima şəhərində keçirilən yeniyetmələr arasında Dünya birinciliyi başa çatıb. Azerisport.az xəbər verir ki, turnirdə 36 ölkədən 193 ağır atlet – 100 qadın və 93 kişi atlet iştirak edib.
Artıq “Zirve İnternational Sport Clubs”ın nümayəndələri bu vacib yarışda iştiraklarını başa vurublar. Qızların mübarizəsində “Ankara Tuzgölü-Zirvə” klubundan iki atlet 53 kq-da Gamze Yayla və 69 kq çəki dərəcəsində isə Zeynep Atakan körpücük üzərinə çıxıblar.
Gamze Yayla toplamda 152 kq (69+83) nəticə ilə yekun sıralamada 11-ci yeri tutub. Zeynep Atakan daha yaxşı çıxış edərək bürünc medalın bir addımlığından dönüb. 17 yaşlı atlet toplam 192 kq (85+107) nəticə ilə dünya birincliyində 4-cü yeri tutub.
Oğlanlarda “Terespol-Zirvə” atleti Mateuş Skulimovski 85 kq çəki dərəcəsində mübarizə aparıb. O, toplam 280 kq (125+155) nəticə ilə 7-ci yerə çıxıb.
Ən böyük uğura isə həmin çəki dərəcəsində körpücük üzərinə çıxan İqor Obuxov imaz atıb. “Jidaçiv-Zirvə” klubunun istedadlı atleti dünya çempionu adını qazanıb. 17 yaşlı idmançı toplamda 316 kq (133+183) nəticə göstərərək bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.