Yeni baş məşqçi: Böyük nəticələr qazanmaq istərdim
8 aprel 2015 14:00
Ağır atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Miroslav Çoroş təyinatı haqda fikirlərini bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan millisində idmançıları tez bir zamanda tanıya bildim. Yaxşı idmançılar var, sadəcə müəyyən zaman ərzində biz məşqləri intensivləşdirib daha yaxşı formada olmalıyıq. Qarşıdan bizi Avropa çempionatı gözləyir. Qısa zamanda yaxşı nəticə göstərməyə çalışmalıyıq. Komandanın potensialı var, işləmək vacibdir. Konkret fikir bildirmək üçün mənim müəyyən zamana ehtiyacım olacaq. Bu sahədə təcrübəm varsa, deməli işləmək çətin olmayacaq. Azərbaycan yığmasıyla böyük nəticələr qazanmaq istərdim".