Millimizdə yeni baş məşqçi
7 aprel 2015 00:00
Aprelin 11-də Gürcüstanda start götürəcək ağır atletika üzrə Avropa çempionatına Azərbaycan millisini yeni baş məşqçi çıxaracaq. Azerisport.az xəbər verir ki, yığmanın yeni baş məşqçisi polşalı Miroslav Çoroş olub.
Qeyd edək ki, ondan əvvəl millini çalışdıran macar Tomas Feher vətəninə yollanıb. Hazırkı məşqçi Miroslav Çoroş uzun müddət Polşa millisinə rəhbərlik edib.