Fotoreportaj|Video|На русском

Ağır atletika

İlin yekun iclasında iki idmançı və bir məşqçiyə mənzil hədiyyə edildi!

2 yanvar 2015 15:10

Yeni ilin son günündə “Zirvə İdman Kompleksi” MMC-nin konfrans zalında “Zirvə” İdman Klubu və onun beynəlxalq layihəsi olan Zirve İnternational Sport Clubs-ın 2014-cü ildəki fəaliyyəti barədə yekun iclas keçirilib. Azerisport.az xəbər verir ki, klubun məşqçi və texniki heyətinin, eləcə də rəhbər şəxslərin iştirak etdiyi tədbiri direktor Rizvan Rəsulov açıq elan edib.

O, ilk olaraq ötən il, daha sonra isə son dörd ildə “Zirvə”nin fəaliyyətinin inkişaf istiqamətlərini, qazanılan uğurlar haqda məlumat verib: “2014-cü il “Zirve İnternational Sport Clubs” üçün uğurlu illərdən biri olmuşdur. Belə ki, ilin 4 ayı kimi fəaliyyətini davam etdirərək sona çatdırmış “Zirvə” idman klubu öz fəaliyyət sahəsini genişləndirərək “Zirve İnternational Sport Clubs” MMC-yə çevrilmişdir. Hesabat dövrü ərzində klubun idman qurğularında ağır atletika, cüdo, gimnastika, futbol və aykido idman növləri ilə bərabər, bədən tərbiyəsi və sağlamlıq sahəsində fitnes məşğələləri də fəaliyyət göstərmişdir. Qeyd olunan idman növləri üzrə məşğələlərin aparılması və müxtəlif xarakterli yarışların keçirilməsi üçün ZİSC və ZİK-in tabeçiliyində olan idman qurğuları mütəmadi fəaliyyət göstərmişdir. Bunlardan, AAAF Parkın daxilində şərait və infrastruktur baxımından unikal olan Ağır atletika mərkəzi, Gimnastika zalı, mini-futbol meydançası, fitness mərkəzi, Lənkəran, Lerik, Aşağı Nüvədi-Zirvə Ağır Atletika zalları və Samux, Sumqayıt, Masazır-Zirvə idman klubları ilə bərabər, Moldova və Ankara Altınpark-Akarsu qapalı idman kompleksini qeyd etmək olar. 2015-ci ildə isə Astara ağır atletika və idman-istirahət kompleksində işlər tamamlanaraq Astara yeniyetmələrinin və gənclərinin tam istifadəsinə veriləcəkdir. Bundan başqa 2015-ci ildə ZİSC MMC hal-hazırda istifadəyə verilmiş şahmat, üzgüçülük, böyük tennis kortu fəaliyyətə başlayacaqdır. Hesabat ili ərzində ən əlamətdar hadisələrdən biri də “Zirvə Uşaq İdman Akademiyası”nın və “Zirvə Liseyi”nin fəaliyyətə başlaması oldu. Hazırda Zirvə Uşaq İdman Akademiyası və Zirvə Liseyində 200-dən çox uşaqlara təcrübəli müəllimlər tərəfindən tərbiyə, təlim və tədris prosesləri keçirilir. Sevindirici hallardan biri də, “Zirvə Liseyi”ndə ağır atletika idman növü ilə məşğul olan və gələcəkdə Beynəlxalq yarışlarda ümidverici nəticələr göstərəcək 12-15 yaşlı uşaq və yeniyetmələrin təhsil almasıdır. Məhz yaxın illərdə “Zirvə liseyi”ndə idman təmayüllü siniflərin təşkili ZİSC-ın ana xəttlərindən biri olacaqdır. 2010-2014-cü illər ərzində Zirvə idman klubu Azərbaycan Respublikasının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Lerik, Neftçala, Goranboy, Qazax, Yevlax, Qobustan, Masazır və Xırdalan şəhərini birləşdirən 4 zona üzrə ZİK-in yarışları keçirilmişdir. Bu yarışlarda, 2010-cu ildə – 217 nəfər, 2011-ci ildə 302 nəfər, 2012-ci ildə 275 nəfər, 2013-cü ildə 376 nəfər, 2014-cü ildə isə “Zirvə İnternational Sport Clubs”-ın bayrağı altında Azərbaycan klublarının iştirakı ilə 552 idmançı, Moldova, Bolqarıstan, Polşa, Türkiyə və Ukrayna klubları üzrə isə 249 nəfər ,ümumilikdə isə 801 nəfər idmançı iştirak etmişdir.

2011-2014-cü illər üzrə Azərbaycan birincilikləri və çempionatlarında ümumi 128 medal qazanılmışdır ki, onlardan,

52 qızıl, 44 gümüş 32 bürünc medaldır.
2011-ci ildə 9 qızıl,9 gümüş,6 bürünc (24)
2012-ci ildə 9 qızıl,3 gümüş,4 bürünc (16)
2013-ci ildə 19 qızıl,15 gümüş,14 bürünc (48)
2014-ci ildə 15 qızıl, 17 gümüş,8 bürünc (40 ) medallar qazanılmışdır.

Qazanılmış əyarların 20-si ZİK-in 11 qadın atleti tərəfindən əldə edilmişdir.

“Zirvə” İK atletlərinin 2010-2014-cü illər ərzində Beynəlxalq arenalarda əldə etdikləri nəticələri sizin diqqətinizə təkrarən çatdırmaq istəyirəm. Belə ki, hər il klub ilin sonunda bu nəticələri qeyd etmiş və fərqlənmiş atletləri layiqincə qiymətləndirmişdir.

2010-cu il: 2 qızıl, 8 gümüş.
2011-ci il: 5 qızıl, 2 bürünc.
2013-cü il: 13 qızıl, 7 gümüş, 12 bürünc və 7 dünya və Avropa rekordu.
2014-cü il: 3 qızıl, 3 gümüş, 5 bürünc”.

Rəsulov çıxışını bitirərkən tədbirdəki məşqçilərə müraciət edərək, 2015-ci ildə milli komandaya idmançı verərkən klubun icazəsini almağın vacibliyini qeyd edib. O, yalnız Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən klubumuza idmançının dəvəti ilə bağlı məktub ünvanlandıqdan sonra və həmin atletin Klubun hesabına dopinq analizlərinin nəticələrindən sonra baş verə biləcəyini, analiz nəticələrinə görə hər bir məşqçinin məsuliyyət daşıyacağını bildirib.

Sonda 2014-cü ildə fərqlənən idmançılarımız və onların məşqçiləri müxtəlif mükafatalarla təltif olunublar. Belə ki, Kiprin Limassol şəhərində keçirilən U-20 və U-23 gənclərin Avropa çempionatında iştirak edən və birdən qaldırmada bürünc medal qazanan Rüstəm İmanzadə və onun məşqçisi Anra Qasımov, həmçinin həmin yarışda toplamda bürünc medal qazanan Anastasiya İbrahimlinin məşqçisi Hafiz Süleymanov, cüdo üzrə Azərbaycan çempionatında qızıl medal qazanaraq Avropa Oyunlarında çıxış etmək hüququ əldə edən “İsmayıllı-Zirvə” təmsilçisi Günel Həsənli və onun məşqçisi Şəfəqətov Əkbər pul mükafatı əldə ediblər.

Ən böyük hədiyyəni isə Kiprdəki Avropa çempionatında uğur qazananlar alıblar. Bu yarışda bürünc medal əldə edən Anastasiya İbrahimli, həmçinin gümüş medala layiq görülən Dadaş Dadaşbəyli və onun məşqçisi Şəmsi Səfərli AAAF Park Yaşayış Kompleksində mənzillə təltif ediliblər.

Bütün mükafatları “Zirvə İdman Kompleksi” MMC-nin direktoru Ruslan Xanverdiyev təqdim edib.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah