Kişlərin mübarizəsində Zbirnea qalib oldu
26 dekabr 2014 00:00
“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində klublarası ilk dünya çempionatının final mərhələsində növbəti yarış qrupunda mübarizə başa çatıb. Azerisport.az xəbər verir ki, yaşı 20-dən çox olan kişilərdə medalların sahibləri məlum olub.
Qızıl medalı Moldovadan Andrian Zbirnea qazanıb. O, 396 kq (178+218) nəticə və 429.30 xalla hamıdan üstün olub. İkinci yerə 307 kq (145+162) nəticə və 418.50 xalla Türkiyədən Daniyar İsmayılov, üçüncü yerə isə 398 kq (180+218) nəticə və 410.67 xalla iranlı Reza Rohi çıxıb. (klub saytı)