Kişilərin yarışında Moldova təmsilçiləri hamını üstələdilər
20 avqust 2014 11:56
“8-ci Zirvə Kuboku və 1-ci Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə Dünya Çempionatı”nda yaşı 21-dən çox olan kişilər də körpücük üzərinə çıxaraq qələbə uğrunda mübarizə aparıblar. Azerisport.az xəbər verir ki, bu qrupda “Kişinyov-Zirvə” atletləri fəxri kürsünün bütün pillələrində yer alıblar.
Moldovalı idmançılar medallar uğrunda mübarizədə bir-biriləri ilə rəqabətə girişiblər. Nəticədə, toplamda 352 kq (157+195) nəticə göstərən Artyom Pipa qızıl medala layiq görülüb. İkinci və üçün yeri turan Andrian Zbirnea və Oleq Çernei ondan çox çəki qaldırsalar da, Sinkleyr cədvəlinə əsasən məğlub olublar.