Dadaşbəylidən möhtəşəm çıxış!
20 avqust 2014 11:45
“8-ci Zirvə Kuboku və 1-ci Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə Dünya Çempionatı” davam edir. Yarışda növbə yaşı 20-yə qədər olan kişilərə çatıb. Azerisport.az xəbər verir ki, bu qrupda qələbəni “Qobustan-Zirvə” təmsilçisi Dadaş Dadaşbəyli bayram edib.
Həmyerlimiz daha bir azərbaycanlı idmançı Elxan Teymuroğlunu üstələyib. Dadaşbəyli toplamda 350 kq (160+190) nəticə göstərərək, zaldakı idmansevərlərin alqışını toplayıb. Bürünc medala “Jidaçiv-Zirvə”dən Plesnoy Anton sahib çıxıb. (klub saytı)