Kayakçımız mükafatlandırıldı
29 may 2016 14:00
Xəbər verdiyimiz kimi, Azərbaycan kayakçısı İnna Osipenko Radomskaya Çexiyanın Raçitse şəhərində keçirilən 2-ci dünya kubokunda daha bir medal qazanıb. Azerisport.az xəbər verir ki, 34 yaşlı idmançı qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşün qalibi olub.
Bununla da Osipenko-Radomskaya dünya kubokunu 1 qızıl, 1 gümüş medalla başa vurub. O, gümüş medalı ötən gün qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə əldə etmişdi.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının icraçı direktoru Rövşən Kərimov uğur qazanması münasibətilə mükafatlandırıb.