Fotoreportaj|Video|На русском

Su idman növləri

Beynəlxalq Prezident Kuboku-2014 reqatası başlayır

17 aprel 2014 11:33
Aprelin 18-də Mingəçevir şəhərindəki “Kür” Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2014” reqatası start götürəcək. Azerisport.az xəbər verir ki, ənənəvi reqatanın keçirilməsində məqsəd Azərbaycanda avarçəkmə növlərinin inkişafı, əhali arasında populyarlığının artırılması və avarçəkənlərimizin hazırlıq dərəcəsinin təyin olunmasından ibarətdir.
Üç gün davam edəcək reqataya Azərbaycan, Gürcüstan və Türkiyənin 150-dən çox idmançısı qatılacaq. Azərbaycan və Gürcüstan hər iki növdə, Türkiyə isə kayak və kanoedə təmsil olunacaq.
Akademik avarçəkənlər 1 nəfərlik (1X), 2 nəfərlik qoşa (2X) və sükansız (2-), eləcə də 4 nəfərlik qoşa (4X) və 4 nəfərlik sükansız (4-) qayıqlarla mübarizə aparacaqlar. Bu növdə böyüklər, 23 yaşadək və 18 yaşadək avarçəkənlər 2000 metr, 1997-1998-ci il təvəllüdlülər 1500 metr, 1999-2001-ci il təvəllüdlülər isə 1000 metr məsafəyə yürüş edəcəklər. Yarış Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) qaydalarına uyğun təşkil olunacaq. Eyni yaş kateqoriyasında çıxış edəcək kayakçılar 1 nəfərlik (K-1), 2 nəfərlik (K-2) və 4 nəfərlik (K-4), kanoeçilər isə 1 nəfərlik (C-1) və 2 nəfərlik (C-2) qayıqlarla 200 metr, 500 metr, 1000 metr və 5000 metr məsəfələrə yürüşdə qüvvələrini sınayacaqlar. Onlar Beynəlxalq Kanoe Federasiyasının (İCF) qaydalarına uyğun yarışacaqlar.
“Prezident Kuboku-2014”də kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko və aparıcı kayakçımız Mirnazim Cavadov çıxış edə bilməyəcək. Hər iki idmançımız zədəlidir. Əvəzində 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya qazanmış akademik avarçəkənimiz Boris Yotovun bu il ilk sınağı məhz qarşıdakı yarışa təsadüf edəcək.
“Prezident Kuboku-2014”ü izləyənlər arasında “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvləri də olacaqlar. Gələn il təşkil olunacaq Oyunlar zamanı kayak və kanoe üzrə yarışlar “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Təşkilat Komitəsinin üzvləri hazırkı vəziyyətlə tanışlıq üçün yarış məkanında olacaqlar.
Qeyd edək ki, Azərbaycan Milli Avarçəkmə Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Prezident Kuboku” reqatası 2008-ci ildən keçirilməyə başlayıb. Ənənəvi reqatalar əvvəllər “Prezident Kuboku” martın sonlarına təsadüf edib. Amma bu dəfə yığma komandalarımızın baş məşqçilərinin istəyi ilə yarışın aprelin ortalarında təşkili qərara alınıb. Bu isə səbəbsiz deyil. Reqatanın yekunlarına əsasən, hər 3 növ üzrə 18 yaşadək, 23 yaşadək və böyüklərdən ibarət yığmalarımızın heyəti müəyyənləşəcək. Onlar mayın əvvəllərində təlim-məşq toplantıları və yarışlarda iştirak etmək üçün xaricə yollanacaqlar. İdmançılarımızın lazımi formada qalmaları üçün “Prezident Kuboku” reqatası bu dəfə aprelin ortalarına təyin edilib.
(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah