Azərreyl də maliyyə böhranı ilə üzləşdi: liderlər gedir
12 iyun 2016 11:30
Voleybolumuzdakı maliyyə böhranı get-gedə daha da böyüyür. Azerisport.az xəbər verir ki, "Lokomotiv" və "Azəryol"un ardınca "Azərreyl"in vəziyyəti də ağırlaşıb.
Komandanın aparıcı legionerləri başqa klublarla anlaşıb. Ölkə çempionunun baş məşqçisinin kim olacağı da hələ müəyyənləşməyib. Bu azmış kimi, yığma üzvlərindən biri də "Azərreyl"i tərk edib. Söhbət 2003/04 mövsümündən "Azərreyl"in formasını geyinən Kseniya Poznyakdan gedir. Yığmamızın blokçusu klubla müqaviləsini yeniləməyib. Onun karyerasını Türkiyə klublarından birində davam etdirəcəyi istisna olunmur.