Azərbaycan millisi DÇ-də ilk sınağından üzüağ çıxdı
23 sentyabr 2014 22:30
Bu gün İtaliyada voleybol üzrə dünya çempionatına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması da bu gün ilk sınağına çıxıb.
Komandamız startda Yaponiya ilə qarşılaşıb. Millimiz bu görüşdə çətinliklə də olsa, qələbə qazanıb.
D qrupunun digər oyununda Çin Puerto Rikaya qalib gəlib - 3:0 (25:23, 25:18, 25:20).
Daha bir oyun Kuba və Belçika arasında keçiriləcək.
Dünya Çempionatı
Qrup mərhələsi
D qrupu
23 sentyabr
Yaponiya - Azərbaycan - 2:3 (25:17, 20:25, 25:20, 21:25, 9:15)