Ansi Aqollidən alqışlanası jest
26 avqust 2016 13:20
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la İsveç "Qöteborq"u arasında baş tutan cavab matçında maraqlı epizod yaşanıb. Azerisport.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində rəqib futbolçulardan biri zədələnib.
Lakin onu xərəklə meydandan çıxaran yeniyetmələrdən biri büdrəyib. Bunu görən Ağdam klubunun albaniyalı müdafiəçisi Ansi Aqolli köməyə çatıb.
Həmin epizodun görüntüsünü təqdim edirik: