Baltsanla oyunöncəsi son məşq
30 iyun 2016 11:00
"Neftçi” Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Malta "Baltsan”ı ilə səfər oyunu öncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, "ağ-qaralar" matçın keçiriləcəyi "Hibernian” stadionunda məşq edib.
Qeyd edək ki, bu gün baş tutacaq "Baltsan” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.