Krşevan Santini: Neftçi məni ilk gündən yaxşı qəbul etdi
27 iyun 2016 13:40
"Neftçi”nin yeni qapıçısı Krşevan Santini klub televiziyasına açıqlama verib. Azerisport.az xəbər verir ki, təcrübəli qolkiper bunları bildirib:
"Deyə bilərəm ki, bura mənim çox xoşuma gəlir. İlk gündən komanda məni yaxşı qəbul etdi. İki oyun keçirdik, yaxşı oynadıq, sadəcə, ikinci oyunun nəticəsi bizi qane etmədi. Bizim üçün çox vacib olan Maltadakı oyuna hazırlaşırıq və ümüd edirəm ki, hər şey normal olacaq. Bu gün hamı futbol oynamağı bacarır, elə komanda yoxdur ki, ona qarşı yarım güc sərf edərək oynaya biləsən. Bilirəm ki, bu oyuna çox ciddi hazırlaşacağıq”.