Kastilyo: Demək olar ki, Neftçiyə tam uyğunlaşmışam
26 iyun 2016 13:30
"Neftçi”nin yeni transferi Edson Kastilyo klub televiziyasına açıqlama verib. Azerisport.az xəbər verir ki, 22 yaşlı venesuelalı futbolçu bunları bildirib:
"Artıq 10 gündür məşq edirik. Demək olar ki, komandaya tam uyğunlaşmışam. Komandamız yaxşı səviyyəyə yüksəlir. Var gücümüzlə çalışmalıyıq, çünki bilirik ki, "Baltsan” ciddi rəqibdir və onları keçmək elə də asan olmayacaq. Amma komandamızın durumu mərhələni keçməyə imkan verir”.