Qəbələ U-19 Liqasının çempionu oldu
4 may 2016 13:45
Xəbər verdiyimiz kimi, “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionu adına yiyələnib. Azerisport.az xəbər verir ki, Hüseynqulu Quliyevin yetirmələri çempionat başa çatmamış 1-ci yeri təmin edən U-15, U-16 və əvəzedicilərin ardından klubumuza mövsümdə 4-cü çempionluğu qazandırıb.
U-19 qızıl medallarla yanaşı, avrokuboklara vəsiqəni də təmin edib. Belə ki, ötən ildən etibarən bu yaş qrupu üzrə Azərbaycan çempionu UEFA Gənclər Liqasının “Çempionlar yolu”nda çıxış etmək hüququ qazanır.