Azərbaycan Moldovaya belə uduzdu
29 iyul 2015 12:45
Xəbər verdiyimiz kimi, 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında Moldovanın Kişinyov şəhərində təşkil olunmuş UEFA-nın İnkişaf turnirində I turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, moldovalı həmyaşıdları ilə qarşılaşan yığmamız 1:3 hesabı ilə məğlub olub. Millimizin yeganə qolunu Vüsalə Seyfəddinova vurub.