Rəşad Sadıqov: Seltik bizim gözlədiyimizdən də güclü komandadır
28 iyul 2015 13:40
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Seltik"lə qarşılaşacaq "Qarabağ”ın Şotlandiyaya səfəri öncəsi komandamızın kapitanı Rəşad Sadıqov da ANS-ə açıqlama verib. Azerisport.az xəbər verir ki, o, rəqibi kifayət qədər analiz etdiklərini, xüsusilə standart vəziyyətlərə və rəqibin hündürboylu futbolçularına diqqət yetirməli olduqlarını deyib.