Qəbələnin oyununda tribuna çökdü, azarkeşlər faciədən döndü
3 iyul 2015 12:15
Ötən gün Tiflisdə Gürcüstanın "Dinamo" və Azərbaycanın "Qəbələ" klubları arasında baş tutan Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu az qala faciə ilə nəticələnəcəkdi. Azerisport.az xəbər verir ki, tiflislilərin vurduğu ikinci qoldan sonra tribunadakı azarkeşlərin fərqlənən futbolçuya tərəf axışması onların qaçış zolağına düşməsi ilə nəticələndi. Amma xoşbəxtlikdən hadisə zamanı heç bir xoşagəlməz hal yaşanmayıb.