Odessada Əhməd Ələsgərovla vida mərasimi keçirilib
23 may 2015 15:30
Ukraynanın Odessa şəhərində Azərbaycan futbolunun parlaq siması, “Neftçi” tarixinin ən görkəmli nümayəndələrindən biri Əhməd Ələsgərovla vida mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Səməd Qurbanovla yanaşı, Futbol Veteranları İttifaqının prezidenti Oqtay Abdullayev və qurumun vitse-prezidenti Rüstəm Rəhimov da iştirak ediblər.