Neftçi - İnter finalında 11 qol
20 may 2015 19:00
Bu gün AFFA-nın U-11 Liqasının 2014/15-ci il mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, Bayıl stadionunda keçirilmiş final oyununda “Neftçi” və “İnter” komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 3 dəfə fərqlənən “Neftçi” U-11 Liqasının 2014/2015-ci il mövsümünün qalibi adını qazanıb.