Şahmatçılar Şəmkirdə futbol oynadılar
23 aprel 2015 19:15
"Synergy Group" tərəfindən təşkil olunan Shamkir Chess2015 turnirinin iştirakçıları istirahət günündə futbol turnirində gücünü sınayıb. Azerisport.az xəbər verir ki, ilk yarımfinal görüşündə Azərbaycan jurnalistləri yerli şahmatçılardan ibarət komandanı 5:1 hesabıyla məğlub edib.
Finala vəsiqə uğrunda digər görüşdə dünya şahmatçılarından ibarət kollektiv "Shamkir Kapital Group"a 1:7 hesabıyla uduzub. Üçüncü yer uğrunda görüşdə dünya şahmatçıları 3:1 hesablı qələbə qazanıb. Bu görüşdə uduzan Azərbaycan şahmatçıları 4-cü yeri tutub. Finalda "Shamkir Kapital Group" Azərbaycan jurnalistlərinə 4:2 hesabla qalib gələrək turnirin əsas mükafatına sahib çıxıb.