Dmitri Nazarov qol vurdu, komandası qalib gəldi
24 noyabr 2014 11:55
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın "Karlsrue" klubuna qələbə qazandırıb. Azerisport.az xəbər verir ki, o, ikinci Bundesliqanın 14-cü turu çərçivəsindəki "Aue" ilə qarşılaşmanın 74-cü dəqiqəsində penaltidən fərqlənib.
Bundan 7 dəqiqə sonra isə futbolçumuz əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" hazırda 23 xalla 14-cü yerdə gedir.