Qarabağın futbolçusu İtaliya ilə oyunda alban fanatı belə sakitləşdirdi
20 noyabr 2014 14:00
Futbol üzrə İtaliya və Albaniya yığmaları arasında keçirilmiş yoxlama oyunu zamanı alban fanatlardan biri meydana daxil olub. Azerisport.az xəbər verir ki, onu xeyli müddət ortalıqdan çıxarmaq mümkün olmayıb.
Bu oyunda 90 dəqiqə meydanda olan "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli həmin vaxt həmyerlisinə yaxınlaşaraq onu sakitləşdirib və tribunaya getməyi xahiş edib.