Neftçi fanatları Partizanı belə qarşıladı
28 avqust 2014 12:07
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi" ilə cavab matçına hazırlaşan Serbiya "Partizan"ı ötən axşam Tofiq Bəhramov adına Respublika stadionunda son məşqinə çıxdı. Azerisport.az xəbər verir ki, qonaqların bu məşqi zamanı insident yaşanıb.
Belə ki, "Neftçi"nin məşqini izləməyə gələn "Forza Neftçi" azad azarkeş qrupu öz komandaları arenanı tərk etdikdən sonra qonaqların da məşqini izləmək qərarına gəlib. Elə bu zaman fanatlar qonaq komandanın üzvlərinə təzyiq göstərməyə, müxtəlif şüarlar səsləndirməyə başlayıblar. Serb həmkarlarımızın həmin məşq zamanı baş verənlər bağlı hazırladığı kiçik süjeti təqdim edirik: