Oğuz Çətin hər şeydən danışdı
29 iyul 2014 16:30
"Xəzər Lənkəran" yay təlim-məşq toplanışına yekun vurub. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Oğuz Çətin toplanışın yekunları barədə klub televiziyasına danışıb.
Çalışdırıcı Ərzurum və Sloveniya keçən toplanışlardan, yeni transferlər və yoxlama oyunlarından danışıb, azarkeşlərə müraciət edib.