Əliyar Ağayev Aktobe - Dinamo oyununda
Azərbaycanlı hakim Əliyar Ağayev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş cavab oyununu idarə edib. Azerisport.az xəbər verir ki, FİFA referimiz Aktobedə keçirilmiş Qazaxıstan "Aktobe"si ilə Tiflis "Dinamo"su (Gürcüstan) arasındakı oyunda fit çalıb.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb. Səfərdə keçirilmiş ilk oyunda minimal hesablı qələbəyə sevinmiş qazaxlar bu görüşün 75, 82 və 90+4-cü dəqiqələrində fərqləniblər. Ağayev matçın 15 və 45+2-ci dəqiqəsində meydan sahiblərinin futbolçularına, 45+2, 57, 61 və 65 və 90+1-ci dəqiqələrində qonaq komandanın oyunçularına sarı vərəqə göstərib.
Qeyd edək ki, Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Namiq Hüseynov yardımçı olublar. Dördüncü hakim funksiyasını isə Rauf Cabbarov yerinə yetirib.