Araz, Dinamo və Barselona məktəbliləri sevindirdilər
23 aprel 2014 19:11
Futzal üzrə UEFA kubokunun Bakıda keçiriləcək final mərhələsinin 3 iştirakçısı - İspaniyanın "Barselona", Rusiyanın "Dinamo" klubları və təmsilçimiz "Araz" komandasının üzvləri bu gün müvafiq olaraq, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol məktəbində, Keşlə qəsəbəsindəki 201 saylı orta məktəbdə və Xətai rayonundakı 269 saylı orta məktəbdə şagirdlərlə görüşüb, avtoqraf verib, şagirdlərə topla davranış bacarıqlarını nümayiş etdiriblər. Azerisport.az videoçarxı diqqətinizə çatdırır.