Mənim velo-məqaləm adlı yazı müsabiqəsinə start verilib
Azərbaycan Velosiped İdmanı Federasiyası və "Hədəf" Nəşriyyatının birgə layihəsi olan “MƏNİM VELO-MƏQALƏM” adlı yazı müsabiqəsinə start verilib. Azerisport.az xəbər verir ki, gənclərin son zamanlar mütaliəyə və idmana artan marağını nəzərə alaraq, müsabiqəyə aşağıdakı 3 istiqamət üzrə yazılar təqdim edilə bilər.
1) “Mənim Velo-Hekayəm” - İştirakçılar bu nominasiya üzrə özlərinin və yaxınlarının yaşadıqları və ya velosiped idmanına marağın artmasına xidmət edəcək hekayələrini göndərə bilərlər;
2) “Velosiped idman növünün cəmiyyətimizdə təbliği yolları” – Bu nominasiya üzrə iştirakçılar cəmiyyətimizdə həm sağlamlığımıza, həm də ekologiyamıza faydalı olan velosiped idman növünün populyarlaşması istiqamətində hansı addımların atılmasının və hansı tədbirlərin görülməsinin labüdlüyü haqqında araşdırma tipli yazılar təqdim edəcəklər;
3) “Velosiped – sağlamliğimiz və ekologiyamiz” - Bu nominasiya üzrə iştirakçılar təqdim etdikləri yazılarda ekologiyamizda olan problemlərə toxunacaq və sağlamlığımıza təhlükə yaradan bir sıra problemlərin həllində velosiped idman növünün rolunu vurğulayacaqlar:
Müsabiqəyə yazıların qəbulu 30 iyul, 2016–cı il tarixinədək davam edəcək. 10 avqust tarixinədək qaliblər müəyyənləşəcək və mükafatlandırma mərasimi keçiriləcək.
Hər istiqamət üzrə 3 qalib seçiləcək və ümumilikdə 9 qalib təyin olunacaq.
Daha ətraflı məlumat burada