Fotoreportaj|Video|На русском

Velosiped İdmanı

Diabetli velosipedçilərin ilk peşəkar komandası yenidən Azərbaycanda!

3 may 2016 18:00

Mayın 4-8-də keçiriləcək "Tour d’Azerbaïdjan-2016" veloyürüşündə dünyada diabetli idmançılardan təşkil olunmuş ilk peşəkar komanda - Amerika Birləşmiş Ştatlarının "Team Novo Nordisk" komandası da iştirak edəcək. Azerisport.az xəbər verir ki, diabetli insanlardan təşkil edilmiş kişi pro-kontinental velosiped komandası, "Team Novo Nordisk"in (veloyarış, triatlon, qaçış) ən aparıcı komandasıdır.

"Team Novo Nordisk" komandası keçən il də "Tour d’Azerbaïdjan" veloyürüşündə mübarizə aparıb və bu il də yenidən bütün idmançılarla bərabər şərtlər altında çıxış edəcək.

Qeyd edək ki, mayın 4-də start götürəcək veloyürüşdə ümumilikdə 18 ölkənin 21 komandası iştirak edəcək. İştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (154 km), 2-ci mərhələdə Bakı - İsmayıllı (186,5 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ - Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.

"Novo Nordisk" şirkəti Azərbaycan Diabet Cəmiyyəti ilə birlikdə, gənc diabetli insanların diabetin səviyyəsini yaxşı saxlmaqla nəyə qadir olmağını göstərmək məqsədilə, "Team Novo Nordiskə" dəstək olmaq üçün bir neçə tədbir həyata keçirəcək. Mayın 8-də veloturun finiş xətti yaxınlığında "Novo Nordisk"in tenti qurulacaq, diabetlə bağlı materiallarla tanış olmaq, həmçinin komandanın üzvləri ilə görüşmək imkanı yaradılacaq. Həmin gün, komandanın üzvləri ilə diabetli gənclərin görüşü keçiriləcək. Görüş zamanı diabetin nəzarətdə saxlanılmasında idmanın rolu barədə söhbət aparılacaq.

“Belə yarışlarda iştirak bizə gücümüzü daha da artırmağa imkan verir və bununla dünyaya göstəririk ki, diabetlə yaşayaraq öz arzularına çatmaq olar”. Bu fikirlər komandanın yaradıcılarından biri Fil Santerlanda məxsusdur. Onun sözlərinə görə, yaxşı nəticələrə nail olmaqla, diabetlə yaşayanları ruhlandırmaq və diabetə nəzarət etməklə öz arzularına çatmağın mümkünlüyünü sübut etmək olar.

“Team Novo Nordisk" komandasındakı hər kəs yenidən "Tour d’Azerbaïdjan" veloyürüşündə yarışmağı səbirsizliklə gözləyir. Mən, komandamdakı bir neçə digər yarışçılarla bərabər ikinci ildir ki bura qayıdıram, odur ki, bu təcrübəmizin bizim üçün bir üstünlük olacağına ümid edirik" deyə, “Team Novo Nordisk” komandasının üzvü Ceyms Qlaspul (AUS) bildirib, "Bu yarışda bizim komandamız üçün hər şeydən bir az var, həm dağlıq mərhələlər, həm də sprint finişlər. Biz yaxşı nəticələr əldə etmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik və ümid edirik ki, Azərbaycanda diabeti olan hər kəsi öz arzularının arxasınca getməyə həvəsləndirəcəyik".

Beynəlxalq Diabet Federasiyasının statistikasına əsasən,  hazırda dünyada 415 milyon insan diabetlə yaşayır. Azərbaycanda isə diabetli insanların sayı 220 mindən çoxdur.

“Diabetə qalib gələrək yaşamaq” layihəsi ilə "Novo Nordisk" şirkəti bütün dünyada diabetlə yaşayan milyonlarla insana və gələcəkdə bu xəstəliyə tutulmaq riski olanlara öz dəstəyini ifadə edir. "Novo Nordisk" diabetin müalicəsində ən yeni texnologiyalardan istifadə edən, 90 illik tarixə malik dünyaca tanınmış bir şirkətdir. "Novo Nordisk" yüksək effektli ləvazimatların istehsalında ən qabaqcıl şirkət kimi, şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına öz töhfəsini verir. Şirkət həmçinin hemofiliyanın müalicəsi sahəsində və hormon əvəzedici müalicələri üzrə də ixtisaslaşıb. "Novo Nordisk" 75 ölkədə 41 min işçi yeri yaratmaqla dünyanın 180 ölkəsində fəaliyyət göstərir.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah