Fotoreportaj|Video|На русском

Velosiped İdmanı

Tour d’Azerbaidjan-2016 öncəsi mətbuat konfransı keçirildi

3 may 2016 14:00

Mayın 4-də start götürəcək “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turu ilə əlaqədar Respublika Velotrekində mətbuat konfransı keçririlib. Azerisport.az xəbər verir ki, tədbirdə veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və yarışın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer iştirak edib.

Mətbuat konfransı başlamazdan əvvəl xarici qonaqlar və jurnalistlər yenidən qurulmuş və genişləndirilmiş Respublika Velotreki ilə tanış olublar. Onlara məlumat verilib ki, Azərbaycanda ilk velosiped treki 1980-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə istifadəyə verilib. O dövrdə ən müasir idman qurğularından biri hesab olunan Respublika Velotrekinin beton örtüyünün perimetri 333,33 metrdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində baxımsızlıq üzündən Velotrekin beton örtüyü dağılmış, ərazisinin böyük hissəsi isə zəbt olunmuşdu.

Azərbaycan Velosiped İdmanı Federasiyası yenidən təşkil olunduqdan sonra, 2012-ci ildə Velotrekin ərazisində geniş yenidənqurma və abadlıq işlərinə başlanıldı. Trekin beton örtüyü əsaslı şəkildə yenidən quruldu, ərazidə ən müasir tələblərə cavab verən yeni inzibati bina, mini-futbol meydançası, BMX velosipedçilərinin məşq etmələri üçün "Pamp-Park", hər birinin tutumu 150 kub metr olan 2 su anbarı, qazanxana və s. inşa olundu.

Ümumi sahəsi 4620 kvadrat metr olan inzibati binada federasiyanın ofisi, 2 konfrans zalı, komandalar üçün iş və tədris otaqları, trenajor zalları, həkim məntəqəsi, məşqçilər və idmançılar üçün mənzillər və s. yerləşir.

Mətbuat konfransı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ailəsi ilə birlikdə 2015-ci il Avropa Oyunları ərəfəsində Veloparkda inşa olunmuş yeni BMX stadionu ilə tanış olarkən “Synergy Baku” komandası ilə görüşünü əks etdirən videoçarxla başlanıb. Konfrans iştirakçılarının nəzərinə çatdırılıb ki, həmin görüşdə ölkə başçısı “Tour d’Azerbaidjan” beynəlxalq yarışlarını “Eurosport” kanalı vasitəsilə izldəyini, bu turun Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvimində özünə möhkəm yer tutduğunu, Bakının və bütövlükdə ölkəmizin dünyaya tanıtdırılmasında müstəsna rol oynadığını məmnunluqla vuğulayıb.

Veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov “Tour d’Azerbaidjan-2016" barədə ətraflı məlumat vererək bildirib ki, bu veloyürüş həm gözəl bir idman tədbiridir, həm də ölkəmizin beynəlxalq arenada təbliği baxımından mühüm rol oynayır. Velosiped idmanı başqa idman növlərindən onunla fərqlənir ki, digər yarışlar əsasən qapalı məkanda keçirildikləri halda, bu yarışlar yüz kilometrlərlə məsafəni əhatə edir və düzənlik, dağlıq ərazilərdən, müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur. Təbii ki, bu da ölkənin beynəlxalq səviyyədə tanınması, onun görməli yerlərinin, turistləri maraqlandıran məkanların bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir.

Qeyd olunub ki, “Eurosport” kanalının rəsmi məlumatına görə keçən il “Tour d’Azerbaidjan” beynəlxalq veloturu barədə videosüjetlər dünyanın 56 ölkəsinin 72 telekanalı vasitəsilə yayımlanarkən 32,7 milyondan çox televizor bu kanallara köklənib. Hər televizor qarşısında da bir neçə nəfərin yarışları izlədiyini, habelə "Eurosport" kanalının rəsmi internet səhifəsinə "Tour d'Azerbaidjan"la bağlı 15 milyondan çox daxilolma qeydə alndığını nəzərə alsaq, yüz milyondan çox insanın həm velotur, həm də Azərbaycan barədə geniş məlumat əldə etdiyini əminliklə söyləmək olar. 

Bildirilib ki, builki yarışda 18 ölkədən 21 komanda mübarizə aparacaq ki, onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır. Velotur 5 mərhələdən ibarətdir və velospiedçilər beş gün ərzində Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazilərindən keçməklə, 790 km-dən çox məsafə qət edəcəklər.

Azərbaycana hər səfərində bir çox müsbət dəyişikliklərin şahidi olduğunu deyən Roland Hofer, ölkəmizdə velosiped idmanının günü-gündən inkişaf etməsindən, yeni idman qurğularının tikilməsindən məmnunluğunu bildirdi. O qeyd etdi ki, Azərbaycanda artıq velosiped idmanının inkişafı üçün gözəl baza yaradılıb, Velopark, BMX stadionu, Dağ Velosipedi parkı, Velotrek istifadəyə verilib. Azərbaycanın "Synergy Baku" kontinental komandası bu günlərdə Xorvatiyada 5 Dünya Turu, 7 peşəkar kontinental və 9 kontinental kollektivin iştirakı ilə keçirilən nüfuzlu yarışda həm ümumkomanda hesabında çempion olub, həm də komndamızın üzvü Matiya Kvasina lider köynəyini qazanıb. Azərbaycanın milli yığma komandasının üzvü Yelena Pavluxina da bir neçə gün əvvəl Çexiyada keçirilən 5 günlük beynəlxalq turnirin qalibi olub. O, yenicə inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycan velosipedçilərinin Rio-2016 Yay Olimpiya Oyunlarına 3 lisenziya qazanmalarını da böyük uğur kimi dəyərləndirib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 93-cü ildönümünə həsr olunan 5 mərhələdən ibarət "Tour d'Azerbaidjan-2016" beynəlxalq velosiped turunun əvvəlki illərdə oluğu kimi, bu dəfə də uğurla keçəcəyinə əmin olduğunu deyən Roland Hofer, qonaqların Azərbaycandan ən xoş hisslərlə ayrılacaqlarına şübhə etmədiyini vurğulayıb.

Sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah